24 
Noy
2022
18:20
286
24
3164
Virtual karabakh

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Belarus xalqına təcili müraciət etdi

24 Noy, 2022
18:20
3164

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Belarus xalqına təcili müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Silahlı Qüvvələri Belarus xalqına təcili müraciət dərc edib.

Bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb.

“Rusiya Federasiyasının xüsusi xidmət orqanları sizin ərazinizdə təxribatlar hazırlayırlar, onların terror aktlarının hədəfi kritik infrastruktur obyektləri, o cümlədən “Ostrovets” atom elektrik stansiyası ola bilər”, - müraciətdə deyilir.

Ukrayna SQ Çernobıl AES-də baş vermiş partlayışın insanların həyatı və sağlamlığı, bütövlükdə ətraf mühit üçün nə qədər dəhşətli nəticələri olduğunu xatırladıb. Baş Qərargahdan vurğulanıb ki, Rusiya istənilən vasitə ilə Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışır.

Müraciətdə belaruslular Belarus Konstitusiyasının 18-ci maddəsinə əməl olunmasını rəhbərlikdən tələb etməyə çağırılırlar. Həmin maddəyə əsasən, Belarus öz ərazisindən digər dövlətlərə qarşı hərbi təcavüzü istisna edir.

Həmçinin Belarus Respublikası vətəndaşlarından mühüm infrastruktur obyektlərinin yaxınlığında şübhəli şəxslərin və nəqliyyat vasitələrinin hərəkətlərinə nəzarət etmək, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat vermək, onların reaksiyası olmadıqda isə bütün mümkün vasitələrlə dünya ictimaiyyətinə məlumat vermək xahiş olunur.

“Biz sizin ərazinizdən heç bir təcavüz təzahürünə cavab verməmişik. Üstəlik, biz Belarus ərazisində hər hansı təcavüzkar fəaliyyət həyata keçirməyə hazırlaşmırıq və bunu planlaşdırmırıq. Bu, Ukraynanın rəsmi mövqeyidir”.

Mənbə: UNIAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri