24 
Noy
2022
20:08
223
101
5003
Virtual karabakh

Rusiyada küçədə atışma: 4 nəfər ölüb – VİDEO

24 Noy, 2022
20:08
5003

Rusiyada küçədə atışma: 4 nəfər ölüb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Krasnodar diyarında naməlum şəxs küçədə atəş açıb.

Hadisə Krımsk şəhərindəki ticarət mərkəzi önündə baş verib.

Kişi 3 nəfəri öldürdükdən sonra intihar edib.

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, kişi güllələdiyi üç nəfərdən ikisini tanıyıb.

“İlkin məlumatlara görə, bu gün Krımsk şəhərinin Sineva küçəsində 66 yaşlı yerli sakin 1983 və 1969-cu il təvəllüdlü tanışlarına bir neçə dəfə atəş açıb və onlar aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.Kişi tüfəngdən başqa bir şəxsə də atəş açaraq onu öldürüb. Hazırda üçüncü qurbanın şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri