10 
Mar
2015
16:45
53
223
5704
Virtual karabakh

Kadırov: Mən Putin üçün ölərəm

10 Mar, 2015
16:45
5704

Kadırov: Mən Putin üçün ölərəm

“Sizə təşəkkür edirəm!”.

Çeçenistanın rəhbəri Ramzan Kadırov “Şərəf” ordeni ilə təltif olunması üçün onu təbrik edənlərə təşəkkür edib, eləcə də Vladimir Putinin sədaqətini bəyan edib.

“Əziz dostlar! “Şərəf” ordeni ilə təltif edilməyim münasibəti ilə çoxlu sayda təbriklər alıram. Əməkdaşlarım, dostlarım, tanışlarım və tamamən yad adamlar, rusiyalılar və xarici dövlətlərin vətəndaşları yazır. Sizə təşəkkür edirəm!

Mən Rusiya Federasiyası Prezidenti, RF Silahlı Qüvvələrinin ali baş komandanı Vladimir Putinə mənim kiçik əməyimə verilən belə yüksək mükafat üçün hədsiz minnətdaram”, - Kadırov öz Facebook səhifəsində yazıb.  

Çeçenistan rəhbəri həmçinin qeyd edib ki, Çeçenistan Respublikasında sülh və sabitlik üçün bütün xidmətlər Vladimir Vladimiroviç Putinə məxsusdur.

“Biz ki Rusiya prezidentinin piyadalarıyıq! Mən Vladimir Vladimiroviçə, mənim və mənim xalqım üçün etdiklərinə görə daima minnətdar olacam. Mən hər zaman onun tərəfdarı olacam, onun prezident olub-olmamasından asılı olmayaraq. Belə bir insan üçün həyatını fəda vermək çox asan məsələdir. Mən əmin edirəm ki, istənilən əmri yerinə yetirərəm, nəyin bahasına olursa olsun istənilən mürəkkəb məsələni həll edərəm! Rusiyaya xidmət edirəm! Xalqa xidmət edirəm!”, - Kadırov bildirib.

8 mart tarixli Fərman ilə Vladimir Putin Ramzan Kadırovu “Şərəf” ordeni ilə təltif edib. Putinin mətbuat katibi Çeçenistan respublikasının rəhbərinin təltif edilməsi ilə Nemtsovun qətlində şübhəli bilinənlərin həbsinin tarixinin üst-üstə düşməsini təsadüf adlandırıb, şübhəli bilinənlərdən biri respublika DİN-nin daxili qoşunlarında xidmət edib.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri