25 
Noy
2022
08:19
302
15
1483
Virtual karabakh

İrlandiya və Moldova Qolodomoru Ukrayna xalqının soyqırımı kimi rəsmən tanıyıb - FOTO

25 Noy, 2022
08:19
1483

İrlandiya və Moldova Qolodomoru Ukrayna xalqının soyqırımı kimi rəsmən tanıyıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiya və Moldova parlamentləri Qolodomoru Ukrayna xalqının soyqırımı kimi rəsmən tanıyıb.

“Ehren Senatının (İrlandiya parlamentinin yuxarı palatası - red.) Ukraynada 1932-33-cü illərdə baş vermiş Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması ilə bağlı qərarı həqiqətən tarixi qərardır. İrlandiya bizim ən yaxın dostlarımızdan biridir”, - Ukraynanın İrlandiyadakı səfirliyinin bəyanatında deyilir.

Eyni zamanda, Moldova parlamenti Qolodomorun “kommunist rejiminin əleyhdarlarını məhv etmək niyyəti ilə planlaşdırılan tədbirlərin nəticəsi və həmin şəxsləri əsarət altına almaq siyasətinin əsas aləti” kimi tanınmasını təklif edən bəyannamənin lehinə səs verib.

Xatırladaq ki, bundan əvvəl Rumıniya parlamenti də 1932-1933-cü illərdəki Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri