25 
Noy
2022
18:42
17
201
2643
Virtual karabakh

ÜST: “Mundial COVID-19-dan daha ölümcül pandemiyanın mənbəyi ola bilər”

25 Noy, 2022
18:42
2643

ÜST: “Mundial COVID-19-dan daha ölümcül pandemiyanın mənbəyi ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri COVID-19-un daha ölümcül qohumu olan “dəvə qripi”nin (MERS) futbol üzrə dünya çempionatı zamanı yayıla biləcəyindən narahat olduqlarını açıqlayıblar.

Alimlər MERS-i dörd həftəlik turnir zamanı nəzəri olaraq baş verə biləcək səkkiz potensial infeksiya riskindən biri kimi qeyd ediblər. COVID-19 və meymunçiçəyi isə ən çox ehtimal olunan iki təhlükə kimi göstərilir.

Mütəxəssislər Qətərə futbol matçlarını izləmək üçün gedən azarkeşlərin çox olması səbəbindən xəstəliyin Böyük Britaniya və ABŞ kimi digər ölkələrə də keçə biləcəyini irəli sürüblər.

Britaniyadan 5 minə yaxın azarkeşin Qətərə getdiyi bildirilib. Final oyunlarına qədər ingilis azarkeşlərinin sayının 1,2 milyona çatacağı gözlənilir.

Böyük Britaniyada sonuncu dəfə 2018-ci ilin avqustunda Yaxın Şərqdən gələn bir turistdə olmaqla, ümumilikdə yalnız beş MERS hadisəsi qeydə alınıb. Tədqiqatçılar xəstəliyin insandan insana keçməsinin mümkün olduğunu deyirlər.

Tədqiqatın müəllifləri azarkeşlərə dəvə südü və ya bişməmiş dəvə ətindən çəkinməyi tövsiyə ediblər.

“Dəvə qripi” kimi də tanınan Yaxın Şərq Tənəffüs Sindromu (MERS) nadir, lakin ciddi respirator xəstəlikdir.

Dünya çempionatına ev sahibliyi edən Qətərdə son 10 ildə onlarla insana MERS diaqnozu qoyulub. MERS yoluxdurduğu hər 100 adamdan 35-ni öldürür.

Mənbə: NTV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri