26 
Noy
2022
16:12
194
15
1777
Virtual karabakh

Türkiyənin ABŞ Konqresindən gözləntiləri: “F-16” və “S-400”lər gündəmdə - “Kaspi”nin ŞƏRHİ + FOTO

26 Noy, 2022
16:12
1777

Türkiyənin ABŞ Konqresindən gözləntiləri: “F-16” və “S-400”lər gündəmdə - “Kaspi”nin ŞƏRHİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antitürk mövqeyilə tanınan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin yerinə respublikaçı namizədin seçilməsi gözlənilir ki, bu, Ankara üçün müsbət hal kimi qiymətləndirilir. Çünki Pelosinin vəzifədə olduğu müddətdə həmişə Türkiyədən uzaq durması ABŞ-Türkiyə münasibətləri üçün problemlər yaradıb. Spiker olmağa iddialı Makkarti isə Türkiyəyə səfər edəcək. 

ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələri sürpriz oldu. Sorğu və proqnozlar demokratların məğlub olacağını göstərsə də, prezident Co Baydenin partiyadaşları uğur qazana bildilər. Nəticədə onlar Senat üzərində nəzarəti saxlamağa müvəffəq oldular. Respublikaçılar isə yalnız Konqresin aşağı palatasında minimal səs çoxluğu əldə etdilər. Bəs ABŞ-də aralıq seçkilərin nəticələri Ağ Evin xarici siyasətinə, xüsusən də Türkiyə ilə münasibətlərə necə təsir edə bilər? Xüsusilə Senatda respublikaçı adların çoxluğu və ya əsas vəzifələrə gəlməsi Türkiyəyə F-16-ların satışına təsir edə bilərmi?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Türkiyə əleyhinə fikirləri ilə tanınan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin yerinə respublikaçı namizədin seçilməsi gözlənilir ki, bu, Ankara üçün müsbət hal kimi qiymətləndirilir. Türkiyə mediası yazır ki, seçkilər Ankara tərəfindən yaxından izlənilib. S-400 məsələsi, F-16 döyüş təyyarələrinin satışı, Türkiyəyə qarşı sanksiyaların tətbiqinə səbəb olan qanunların təsdiqlənməsi faktı seçkilərə marağın artmasının əsas səbəbləri olub.

Bu faktdır ki, demokratlar həmişə antitürk mövqeləri ilə seçilirlər. Məsələn, Baydenin qondarma soyqırımı tanımasını, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsini yada salmaq kifayətdir.
Türkiyənin seçkilərdən gözləntilərini ictimaiyyətə ən açıq şəkildə çatdıran şəxs isə prezident Rəcəb Tayyib Ərdoğan olub. “Senatda iki-üç yer böyük əhəmiyyət kəsb edir. Deməli, bu iki-üç yerdə respublikaçılar uğur qazansa, bəlkə də iş bizim üçün xeyli asanlaşar. İndi biz prosesi izləyirik”, - deyə prezident bildirib. Ərdoğanın bu gözləntisini Co Baydenlə F-16 qırıcılarının satışı ilə bağlı danışıqlar apardığı vaxtda dilə gətirməsi diqqətçəkən faktordur. Ərdoğan Baydenin F-16 satışı ilə bağlı müsbət fikirdə olduğunu ifadə edib.

F-16-ların satışını hansı Konqres təsdiq edəcək?

Bəllidir ki, son illərdə iki ölkə arasında yaşanan gərginliklər Konqresdə Türkiyə əleyhinə əhval-ruhiyyənin güclənməsinə səbəb olub. Yunan, erməni və yəhudi lobbilərinin fəal kampaniyaları Konqresdə Türkiyə əleyhinə bir çox qərarların qəbuluna gətirib çıxarıb. Türkiyənin Egey və Şərqi Aralıq dənizində Yunanıstan və Kiprdə yaşadığı gərginlik, Qarabağ müharibəsində Azərbaycana dəstək verməsi Amerika Konqresində mürtəce bəyanatlara və qərarlara səbəb olub. Lakin Türkiyənin Rusiyanın Ukraynaya təcavüz cəhdindən sonra izlədiyi siyasət, Ukraynaya pilotsuz təyyarələrin tədarükü, ərzaq təhlükəsizliyi üçün taxıl dəhlizi sazişinin həyata keçirilməsi kimi addımları həm Konqres, həm də Bayden tərəfindən bəyənilib. Bununla bağlı ən konkret inkişaf Türkiyənin F-16 alması prosesində yaşanıb. İkitərəfli münasibətlərdəki problemlərə baxmayaraq, Bayden administrasiyası Türkiyəyə F-16-ların satışını dəstəklədiyini bildirib. Amma Konqresdə hələ də F-16 satışının qarşısını almaq istəyən respublikaçı və demokrat konqresmenlər var. Alışla bağlı təsdiq prosesinin dekabrın sonuna qədər hazırkı Konqresdə, yoxsa yanvardan yeni Konqresdə baş tutacağı hələ də qaranlıq olaraq qalır. Ərdoğanın xarici siyasət müşaviri İbrahim Kalın dekabr ayına işarə edərək, Ankaranın bu prosesin ən qısa zamanda tamamlanmasını gözlədiyini qeyd edib. Amma Ankara ilə Vaşinqton arasında davam edən texniki işlər və Konqres təqviminin sıxlığı səbəbindən səsvermənin 2023-cü ilə təxirə salınması da mümkündür.

Demokrat Pelosinin əvəzində respublikaçı Makkarti

Nümayəndələr Palatasının sədri Nensi Pelosinin respublikaçı Kevin Makkarti ilə əvəzlənməsi ehtimalı Ankarada müsbət qiymətdirilir. Spiker olmağa iddialı Makkarti Türkiyəyə səfər də edəcək. Pelosinin vəzifədə olduğu müddətdə həmişə Türkiyədən uzaq durması Ankarada narazılıq yaradıb. Düzdür, Makkarti də 2019-cu ildə Türkiyənin Suriyada transsərhəd əməliyyatına və Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına qarşı çıxan Konqres üzvləri arasında idi. Lakin o, heç vaxt Pelosi qədər aqressiv olmayıb. Üstəlik, Nümayəndələr Palatasında Xarici Əlaqələr Komitəsinin və Hərbi Xidmətlər Komitəsinin sədrləri də dəyişəcək. Xarici Əlaqələr Komitəsinin sədri olan və Türkiyəyə müxalifliyi ilə tanınan Bob Menendezin yerinə respublikaçılar Maykl Makkol və Cim Rişin namizədlikləri müzakirə edilir. Demokrat Konqres üzvlərinin iyun ayında imzaladığı bəyanatda hər iki respublikaçı Türkiyənin mümkün Suriya əməliyyatına qəti şəkildə qarşı çıxıblar. Eyni Konqres üzvləri 2021-ci ildə insan haqları mövzusunda Türkiyəyə daha çox təzyiq göstərmək üçün yazılmış bəyannaməni də imzalayıblar. Amma onlar demokratlar kimi təşəbbüskar olmayıblar.  

Əsas problem ABŞ-nin YPG-yə dəstək verməsidir

Belliklə, prezident Ərdoğanın “qazansalar bizim üçün daha yaxşı olar” dediyi respublikaçılar Senatda “gözlənilən” performansı göstərə bilməyiblər. Yeri gəlmişkən, İstanbulda baş verən partlayışdan sonra daxili işlər naziri Süleyman Soylunun “Amerika səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik” deməsi iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı suallar doğurub. İkitərəfli münasibətlərdə əsas problem kimi Vaşinqtonun Ankaranın terror təşkilatı kimi gördüyü strukturları dəstəkləməsi önə çıxır. Vaşinqtondakı Türkiyə Araşdırmaları Proqramının direktoru Soner Çağaptayın sözlərinə görə, oxşar hücumların təkrarlanması halında Türkiyədə ABŞ-la münasibətlərə yenidən baxılması üçün ictimai təzyiqlər arta bilər. ABŞ-nin İŞİD-ə qarşı mübarizədə YPG-yə verdiyi dəstəyin Türkiyə üçün qəbuledilməz olduğunu vurğulayan Çağaptay “Türkiyə PKK-ya qarşı mübarizə apararkən YPG-yə dəstək vermək münasibətlərə xələl gətirir” deyib

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri