26 
Noy
2022
14:37
145
23
1688
Virtual karabakh

ATƏT PA-nın Varşavada iclası qaranlıqda keçirildi - VİDEO

26 Noy, 2022
14:37
1688

ATƏT PA-nın Varşavada iclası qaranlıqda keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT Parlament Assambleyasının Polşanın sədrliyi ilə keçirilən sessiyası qaranlıqda başlayıb.

Bu addım Rusiya ilə genişmiqyaslı müharibənin davam etdiyi Ukraynaya həmrəylik nümayiş etdirmək məqsədilə atılıb.

Varşavada keçirilən görüşün əvvəlində zalda işıqlar sönüb.

Məlumdur ki, ukraynalıların əksəriyyəti Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr səbəbindən daim elektrik kəsintisi ilə üzləşir.

Buna görə də dünya ictimaiyyəti Ukraynanı dəstəkləmək qərarına gəlib və bir müddət ATƏT nümayəndələri də qaranlıqda qalıblar.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri