26 
Noy
2022
19:05
293
112
5858
Virtual karabakh

DÇ-2022: Polşa millisi Səudiyyə Ərəbistanını məğlub edib - YENİLƏNİB + VİDEO

26 Noy, 2022
19:05
5858

DÇ-2022: Polşa millisi Səudiyyə Ərəbistanını məğlub edib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib.

Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı yığması 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur. C qrupunda II turun digər oyunu bu gün Argentina və Meksika komandaları arasında olacaq.  

18:51

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab dəyişib.

Avropa təmsilçisinin kapitanı Robert Levandovski 82-ci dəqiqədə 2-ci qolu qolu rəqibin qapısından keçirib - 2:0.

18:17

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda ikinci hissə başlayıb.

Hələlik Avropa təmsilçisi hesabda öndədir - 1:0.

17:56

Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Polşa və Səudiyyə Ərəbistanı milliləri arasında görüşün birinci hissəsi başa çatıb.

Polşa komandası Pyotr Zelinskinin vurduğu qolla hesabda 1:0 üstün durumdadır.

Səudiyyə Ərəbistanı 45-ci dəqiqədə penalti qazansa da, Voytsex Şesnı Salem Əl-Dosarinin zərbəsini məharətlə dəf edib.

17:41

Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Polşa-Səudiyyə Ərəbistanı milliləri arasında görüşdə hesab açılıb.

39-cu dəqiqədə Pyotr Zelinski dəqiq zərbə ilə topu qapıya göndərib.

17:01

Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Polşa və Səudiyyə Ərəbistanı milliləri arasında görüş başladı.

16:37

Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Polşa və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı onbirliklərlə çıxacaqlar:

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Arkadiuş Milik, Pyotr Zelinski

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri