26 
Noy
2022
17:08
19
293
1286
Virtual karabakh

Qətərdə çempionatın keçirildiyi stadionun yaxınlığında yanğın baş verib - VİDEO

26 Noy, 2022
17:08
1286

Qətərdə çempionatın keçirildiyi stadionun yaxınlığında yanğın baş verib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə 2022-ci il futbol üzrə dünya çempionatı oyunlarının keçirildiyi stadiondan bir neçə kilometr aralıda yanğın baş verib.

Yanğın dünya çempionatı üçün xüsusi olaraq tikilmiş eyniadlı stadionun yerləşdiyi Lusail şəhərində, tikintisi başa çatmamış binada meydana gəlib.

Nəhəng qara tüstünün əks olunduğu videonu italyan jurnalist Franko Kristofaneli öz hotel otağının pəncərəsindən lentə alıb. Məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb və tez bir zamanda yanğın lokallaşdırılıb.

Yaranan nəhəng qara tüstü buludu Dohanın mərkəzi hissəsindən müşahidə olunub. Bu zaman orada çoxlu azarkeşlərin olduğu deyilir. Lusail Dohadan təxminən 15 km məsafədədir. 2022-ci il dünya çempionatının final oyununun dekabrın 18-də “Lusail Arena”da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu gün “Lusail” stadionunda çempionatın qrup mərhələsinin 2-ci turunun Argentina-Meksika matçının keçirilməsi planlaşdırılır.

Mənbə: Obozrevatel.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri