28 
Noy
2022
16:32
83
19
1117
Virtual karabakh

Bundestaqın ofislərində “soyuq yellər” əsir: Alman deputatlar şikayətləndilər

28 Noy, 2022
16:32
1117

Bundestaqın ofislərində “soyuq yellər” əsir: Alman deputatlar şikayətləndilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alman deputatlar enerjiyə qənaət səbəbilə Bundestaqın ofislərində temperaturun aşağı olmasından narazılıqlarını bildiriblər.

Bu barədə “Spiegel”in köşə yazarı Tim Neumann yazıb.

Materialda deyilir ki, ofislərdə və iclas zallarında 19 dərəcə temperatur saxlanılır, keçid otaqlarında isə istilik sistemləri tamamilə söndürülüb.

“Yaşıllar” fraksiyasının deputatı Renate Kyunastın sözlərinə görə, iş günlərinin birində o, kabinetində qalın kürklə oturmalı olub və isinmək üçün daim o yan-bu yana var-gəl edib.

“Ancaq yenə də qısa müddətdən sonra burnum axmağa başladı. Bu, dəhşətdir!” - deyə deputat qəzəbini ifadə edib. Kyunast administrasiyanın vəziyyətə nəzarət etmədiyini qeyd edib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri