28 
Noy
2022
14:48
33
157
1321
Virtual karabakh

İstanbulda həbs olunan şəxs bölmədə polisin çantasını oğurladı - VİDEO

28 Noy, 2022
14:48
1321

İstanbulda həbs olunan şəxs bölmədə polisin çantasını oğurladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərinin Esenyurt səmtində evə girərək oğurluq etdikləri müəyyən olunan iki şəxs polis tərəfindən nəzarətə alınıb.

Oğrular daha sonra Büyükçekmece Ədliyyəsinə aparılıb və növbətçi məhkəmə tərəfindən nəzarət altında olmaları şərti ilə azadlığa buraxılıblar.

Bir müddət sonra polis əməkdaşlarından biri stolun üzərinə qoyduğu, içərisində mobil telefonu və pul kisəsi olan çantasının yerində olmadığını görüb. Ədliyyə binasının təhlükəsizlik kamerası görüntüləri izlənilib. Çantanı ədliyyə binasından sərbəst buraxılan şəxslərdən birinin oğurladığı məlum olub.

Şübhəlilərdən biri saxlanılaraq yenidən ədliyyəyə gətirilib, bu dəfə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

Digər şübhəlinin də tutulması üçün işlər davam edir.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri