29 
Noy
2022
03:07
103
25
2223
Virtual karabakh

Dünya mediası Assancla bağlı Vaşinqtona müraciət etdi

29 Noy, 2022
03:07
2223

Dünya mediası Assancla bağlı Vaşinqtona müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı dünya nəşrləri ABŞ hökumətini “WikiLeaks”in yaradıcısı Culian Assanca qarşı ittihamları ləğv etməyə çağırıb.

ABŞ hökumətinə ünvanlanan məktub “The New York Times”, “The Guardian”, “The Times”, “Le Monde” və “El País” kimi qəzetlər, eləcə də “Der Spiegel” jurnalı tərəfindən göndərilib.

“Assancın mühakimə olunması söz azadlığını təmin edən ABŞ konstitusiyasına birinci düzəlişi təhdid edən təhlükəli presedent yaradır. İctimai maraqlar naminə zəruri olduqda məxfi məlumatların əldə edilməsi və açıqlanması jurnalistlərin gündəlik işinin bir hissəsidir. Belə işlərin kriminallaşdırılması demokratiyaya ciddi ziyan vuracaq”, - məktubda deyilir.

Qeyd edək ki, ABŞ-da 51 yaşlı avstraliyalı jurnalist Assanc Amerika tarixində ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur. Ona qarşı irəli sürülən ittihamların cəminə görə, Assancı 175 il həbs cəzası gözləyir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri