29 
Noy
2022
02:51
231
22
1123
Virtual karabakh

NATO-da Ukrayna, Moldova və Gürcüstana dəstəyin gücləndirilməsi müzakirə ediləcək

29 Noy, 2022
02:51
1123

NATO-da Ukrayna, Moldova və Gürcüstana dəstəyin gücləndirilməsi müzakirə ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-ya üzv ölkələr Buxarestdə keçiriləcək iclasda Ukrayna, Moldova, Gürcüstan, həmçinin Bosniya və Herseqovinaya dəstəyin gücləndirilməsini müzakirə edəcəklər.

Bu barədə bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq Rumıniya prezidenti Klaus İohannislə görüşündə bildirib.

“Buxarestdə NATO-nun xarici işlər nazirləri Ukraynaya, eləcə də Rusiyanın təzyiqi ilə üzləşən digər tərəfdaşlara - Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya dəstəyimizi gücləndirmək yollarını nəzərdən keçirəcəklər”, - Stoltenberq bildirib.

NATO-nun baş katibi Qara dəniz regionunun gələcək danışıqlar üçün əhəmiyyətini də qeyd edib.

“Bu gün görüşümüzdə bütün NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunda təhlükəsizliyi müzakirə etdik”, - deyən Stoltenberq Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq alyansın Baltikyanı və Qara dəniz bölgələrində mövcudluğunu gücləndirdiyini qeyd edib.

Xatırladaq ki, noyabrın 28-30-da Buxarestdə NATO ölkələrinin diplomatik nümayəndəlikləri rəhbərlərinin görüşü keçirilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri