29 
Noy
2022
11:42
45
204
1994
Virtual karabakh

Ukraynada müharibədə ölən rusiyalı hərbçilərin analarına dəsmal hədiyyə edildi - FOTO

29 Noy, 2022
11:42
1994

Ukraynada müharibədə ölən rusiyalı hərbçilərin analarına dəsmal hədiyyə edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kursk vilayətinin Lqovski rayonunun rəhbəri Sergey Korostelyov Ukrayna müharibəsində həlak olan hərbçilərin anaları ilə görüşərək, onlara dəsmal hədiyyə edib.

O, “VKontakte” səhifəsində bununla bağlı görüntüləri paylaşıb.

“Analar Gününün qeyd olunması ərəfəsində xüsusi hərbi əməliyyatda həlak olan hərbçilərin anaları ilə görüşdüm”, - deyə rayon rəhbəri yazıb.

Paylaşımda yerləşdirilmiş şəkillərdə anaların rayon rəhbərindən aldıqları hədiyyələr - dəsmal dəstləri və açıqcalar əks olunub.

Şərhlərdə istifadəçilər bu addımı birmənalı qarşılamayıblar. Sonradan rayon rəhbərinin səhifəsindən bu paylaşım silinib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri