30 
Noy
2022
08:21
358
8
2548
Virtual karabakh

Türkiyə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

30 Noy, 2022
08:21
2548

Türkiyə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə ölkənin İran və Suriya ilə sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirir”.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən açıqlama verilib.  

Qeyd olunub ki, Ankara iki ölkə ilə sərhəd boyu əlavə divarlar, seysmik və işıqlandırma cihazları quraşdırır.

Nazirlik tərəfindən hazırlanan hesabatda qeyd edilib ki, təhlükəsizliyin təmin edilməsinə dair layihələrin reallaşdırılmasına təxminən 300 milyon türk lirəsi (16 milyon dollar) ayrılıb.

“İran və Suriya sərhədlərinin 1471 kilometri boyunca 1077 kilometr uzunluğunda müdafiə divarının və patrul yollarının tikintisi tamamlanıb. Nəticədə qoruyucu divarın və patrul yolunun uzunluğu 167 faiz nisbətində artıb”, - deyə hesabatda əlavə edilib.

Nazirlik həmçinin bildirib ki, Suriya ilə 911 kilometrlik sərhədin 837 kilometrlik hissəsində divar və patrul yolunun tikintisi başa çatıb.

İran sərhədindəki təhlükəsizlik divarı və patrul yolunun uzunluğu beş il ərzində 93 kilometrdən 240 kilometrə çatdırılıb.

Mənbə: “Hurriyet Daily News”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri