30 
Noy
2022
04:37
52
83
1670
Virtual karabakh

Hamilə Tirannozavrın skeleti ilk dəfə muzeydə sərgilənəcək

30 Noy, 2022
04:37
1670

Hamilə Tirannozavrın skeleti ilk dəfə muzeydə sərgilənəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hamilə Tirannozavrın skeleti ilk dəfə 2022-ci il dekabrın 2-də Yeni Zelandiyanın Oklend Müharibə Memorial Muzeyində eksponat kimi təqdim olunacaq.

Dinozavr təxminən 66 milyon il əvvəl ABŞ-ın Montana bölgəsində yaşayıb. Paleontoloqlar onu Barbara adlandırıblar.

Barbara indiyə qədər tapılan üç hamilə tiranozavr qalıqlarından yalnız biridir. O, ən yaxşı qorunan skeletlərdəndir. Heyvanın ən böyük sümükləri, başı və çənə sümükləri əla vəziyyətdədir.

Barbaranın ayaq sümüyündə vətər zədəsi əlamətləri var ki, bu da paleontoloqların fikrincə, dinozavrın yeriyərkən axsamasına səbəb olub.

Qeyd edək ki, Tirannozavrın təbaşir dövründə yaşamış ətyeyən teropod dinozavrdır və günümüzdə ən məşhur qədim yırtıcılarından biridir.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri