30 
Noy
2022
13:36
18
162
2386
Virtual karabakh

İşçilərinin maaşlarını verə bilməyən Abramoviç İstanbul boğazında malikanə kirayələdi - FOTO

30 Noy, 2022
13:36
2386

İşçilərinin maaşlarını verə bilməyən Abramoviç İstanbul boğazında malikanə kirayələdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sanksiyalarla üzləşən rusiyalı oliqarx Roman Abramoviç bir müddətdir İstanbulda qalır.

Onun İstanbul (Bosfor) boğazında malikanə alacağı ilə bağlı xəbərlər yayılıb. Ən son məlumatlara görə, Abramoviç boğazda malikanə almaq əvəzinə onu kirayəyə götürüb.

Abramoviçin bir müddətdir gündəmdə olan “Boğazdakı malikanə”si ilə bağlı müəyyən təfərrüat ortaya çıxıb. Dünya şöhrətli rusiyalı oliqarxın üzləşdiyi sanksiyalardan sonra işçilərinin maaşlarını ödəmək üçün dostlarından borc alması ilə bağlı da xəbərlər yayılıb.

Belə olduğu təqdirdə Abramoviçin malikanə alacağı ilə bağlı məlumatlar bir müddətdir diqqət mərkəzində idi. Lakin son olaraq onun Boğazdakı Feyyaz Tokar malikanəsini kirayəyə götürdüyü məlum olub. Malikanənin fond bazarında investisiyaları ilə tanınan Ahmet Okumuşa məxsus olduğu qeyd edilir. Eyni zamanda malikanənin kirayəsinin təxminən 50 min dollar olduğu vurğulanır.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri