30 
Noy
2022
15:32
5
152
2583
Virtual karabakh

Futbol davasında saxlanılan şəxsin qorxunc paylaşımı: “Sarı-qırmızı geyinən hər kəs bir gün öləcək”

30 Noy, 2022
15:32
2583

Futbol davasında saxlanılan şəxsin qorxunc paylaşımı: “Sarı-qırmızı geyinən hər kəs bir gün öləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə “Spor Toto” 1-ci Liqasında “Göztepe” - “Altay” komandaları arasındakı oyunda baş verən hadisə ilə bağlı yeni faktlar məlum olub.

Hadisənin başlamasına səbəb olan tüstü və işarət fişəngini bel çantasında stadiona gətirən özəl təcili yardım maşınının sürücüsünün illər öncəki sosial şəbəkə paylaşımları ortaya çıxıb.

Belə ki, sosial şəbəkə hesabında özünü “Altay” tribunasının baş meneceri kimi təqdim edən sürücünün yeddi il əvvəl paylaşdığı fotoya verdiyi şərh diqqət çəkib. “Sarı-qırmızı geyinən hər kəs bir gün öləcək”, - deyə o, şərhdə qeyd edib.

Xatırladaq ki, “Göztepe”-“Altay” oyununun 22-ci dəqiqəsindən sonra “Altay” tribunalarından “Göztepe” azarkeşlərinə fişənglər atılıb. “Göztepe” tribunasında bəzi azarkeşlər yaralanıblar.

Həmçinin “Göztepe” tərəfdarlarından biri korner dirəyi ilə “Altay”ın qapıçısına hücum edib.

Hadisəni törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri