Dek
2022
01:10
39
176
3133
Virtual karabakh

ABŞ-də polislərə öldürücü robotlardan istifadəyə icazə verildi - FOTO

1 Dek, 2022
01:10
3133

ABŞ-də polislərə öldürücü robotlardan istifadəyə icazə verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin San-Fransisko şəhərində polislərin öldürücü silahlarla təchiz olunmuş robotlardan istifadə etmək layihəsi qəbul olunub. Artıq polis əməkdaşlarının öldürülməsi riski yarandıqda hüquq mühafizəçiləri silahla təchiz edilmiş uzaqdan idarə olunan “Remotec”lərdən istifadə edə biləcəklər.

Bu barədə yerli hakimiyyət orqanlarından xəbər verilib.

Bildirilir ki, onlar müstəsna hallarda - günahsız insanların itkisinin qarşısını almaq üçün faydalı olacaqlar.

Qərar vətəndaş təşkilatlarının tənqidinə səbəb olub, onlar belə bir addımın polis gücünün hərbiləşdirilməsinə səbəb olacağından ehtiyat edirlər.

Xatırladaq ki, San-Fransisko Polis Departamenti (SFPD) şəhər Müşahidə Şurasına başqalarının həyatı və sağlamlığına təhlükə yaradan cinayətkarları öldürmək üçün robotlardan istifadə barədə müraciət göndərmişdi. 

Hüquq müdafiəçiləri silahlı robotların vətəndaşlar üçün təhlükə yaradacağından və istintaqsız, məhkəməsiz kütləvi edamlara səbəb ola biləcəyindən narahatdırlar.

Öz növbəsində, polis etiraz edir ki, robot mahiyyətcə insan tərəfindən idarə olunan drondur və qərarlar robot tərəfindən deyil, insan operator tərəfindən verilir.

Mənbə: CBS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri