30 
Noy
2022
14:20
232
21
747
Virtual karabakh

Latviya xarici işlər naziri: “Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirmək hüququ var”

30 Noy, 2022
14:20
747

Latviya xarici işlər naziri: “Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirmək hüququ var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna Rusiya daxilindəki hərbi obyektlərə zərbə endirmək hüququna malikdir. Çünki bu, onun mühüm infrastruktur obyektlərinə hücumların qarşısını ala bilər. Lakin müttəfiqlər, o cümlədən ABŞ düşmənə zərbə vura biləcək silahların göndərilməsini ləngidir”.

Bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

“Biz ukraynalılara icazə verməliyik ki, onlar silahlardan bu əməliyyatların start götürdüyü raket obyektlərini və ya aerodromları hədəf almaq üçün istifadə etsinlər”, - deyə Rinkeviçs NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclası çərçivəsində verdiyi müsahibədə deyib.

O həmçinin əlavə edib ki, müttəfiqlər eskalasiyadan qorxmamalıdırlar.

ABŞ Ukraynanın silahlardan hansı məqsədlərlə istifadəsinə dair məhdudiyyətlər qoymayıb. Lakin indiyədək Rusiya daxilinə zərbələr üçün kifayət qədər uzaqmənzilli silahlarla təmin etməkdən də imtina edib.

Mənbə: Zn.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri