Dek
2022
01:34
22
358
2381
Virtual karabakh

İçərisində partlayıcı olan məktub Ukraynanın İspaniyadakı səfirinə ünvanlanıb - YENİLƏNİB

1 Dek, 2022
01:34
2381

İçərisində partlayıcı olan məktub Ukraynanın İspaniyadakı səfirinə ünvanlanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ukraynanın İspaniyadakı diplomatik missiyasının binasında partladılan zərf səfir Sergey Poqoreltsevə ünvanlanıb.

Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Nazirlik qeyd edir ki, hadisədən sonra İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Poqoreltsevlə dərhal əlaqə saxlayıb.

O, dəstəyini və həmrəyliyini bildirib.

Qeyd edək ki, noyabrın 30-da Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib. İçərisində partlayıcı maddə olan zərfi komendant açıb. O, yüngül xəsarətlər alıb. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, insidentdən dərhal sonra xarici işlər naziri Dmitri Kuleba Ukraynanın bütün səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib.

Mənbə: rbc.ua

17:30

Ukraynanın İspaniyanın Madrid şəhərindəki səfirliyində partlayış baş verib.

Hadisə nəticəsində bir nəfər yaralanıb.

Bu barədə “Reuters” polisə istinadən xəbər verir.

O, kiçik partlayıcı qurğunun olduğu zərfi açıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri