30 
Noy
2022
18:28
24
464
1968
Virtual karabakh

Rusiya təbliğatçısı Simonyan müharibənin məqsədi haqda: “Ukrayna böyük ölkədir, onu kiçiltmək lazımdır” -VİDEO

30 Noy, 2022
18:28
1968

Rusiya təbliğatçısı Simonyan müharibənin məqsədi haqda: “Ukrayna böyük ölkədir, onu kiçiltmək lazımdır” -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Ukraynanın “ərazisini kiçiltmək” üçün müharibəyə başlayıb”.

Bunu Rusiyanın ermənipərəst təbliğat maşınının “lokomotiv”i, aparıcı təbliğatçı Marqarita Simonyan “Rossiya1” telekanalının efirində canlı yayım zamanı açıq şəkildə bəyan edib.

“Ukrayna heç də kiçik ölkə deyil. Avropa standartlarına görə, çox böyükdür. Hansısa Lixtenşteyn standartlarına görə isə olduqca böyükdür, nəhəngdir. Onu kiçiltmək lazımdır. Ki, biz də uğurlu şəkildə bunun reallaşdırılması ilə məşğuluq”, - deyə Simonyan gülümsəyərək qeyd edib.  

Ukraynalı jurnalist Denis Kazanski onun bu sözlərinə münasibət bildirib.

“Rusiyalılar Ukraynanı işğal etmələrinin əsl məqsədlərini açıq şəkildə bildirirlər. Onların məqsədi ərazimizi zəbt etməkdir. Onlar artıq hər hansı “denasifikasiya” barədə də xatırlamırlar. Lap  əvvəldən bu, sadəcə, cinayətkar işğalçılıq müharibəsi idi. Əvvəllər Kreml bunu gizlədirdi, lakin indi açıq şəkildə etiraf edir”, - deyə Kazanski qəzəbini ifadə edib.

“Simonyan ölkəsinin “Ukraynanı necə uğurla kiçiltdiyi” barədə danışdı, ancaq rusiyalıların bu zaman onminlərlə, hətta yüzminlərlə dinc sakini öldürdükləri barədə susdu. Həmçinin “xüsusi əməliyyatı” da uğurlu adlandırmaq çətindir, çünki ukraynalı müdafiəçilər hər gün daha çox ərazini azad etməyə davam edirlər”, - deyə xəbərə verilən şərhdə bildirilir.

Mənbə: Obozrevatel.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri