11 
Mar
2015
17:32
18
112
4377
Virtual karabakh

Kazanda böyük yanğın – YENİLƏNİB + FOTO

11 Mar, 2015
17:32
4377

Kazanda böyük yanğın – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəsarət alanların sayı 28-ə çatdı.

Kazanda “Admiral” ticarət mərkəzində yanğın zamanı xəsarət alanların sayı 28-ə çatıb, bir nəfər isə dağıntılar altında qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə mənbə məlumat verib.  

“Son məlumatlara əsasən, 15 nəfər xəstəxanaya yerləşdirilib, 13 nəfər müayinə üçün tibb müəssisələrinə çatdırılıb. Bir nəfər ölüb, bir nəfər isə dağıntılar altındadır”, mənbə bildirib. 

17:20

Kazanda “Admiral” ticarət mərkəzində yanğın zamanı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb. 

Bu barədə Oxu.Az İnterfaks-a istinadən xəbər verir. 

“Yanğının söndürülməsi zamanı bir meyit aşkar olunub. Bu, qadındır”, - deyə Tatarıstanın Səhiyyə Nazirliyinin mətbuat katibi Aygül Səlimzyanova məlumat verib. 

O, qeyd edib ki, 13 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan da ikisinin vəziyyəti çox ağırdır. 

“Admiral” ticarət mərkəzində yanğının sahəsi 4 min kvadrat metr təşkil edib. 


                                         
www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri