Dek
2022
05:40
629
16
1101
Virtual karabakh

Türkmənistanda 21 yaşdan kiçik şəxslərə tütün məmulatlarının satışı qadağan olundu

1 Dek, 2022
05:40
1101

Türkmənistanda 21 yaşdan kiçik şəxslərə tütün məmulatlarının satışı qadağan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 21 yaşdan kiçik şəxslərə tütün məmulatlarının satışını qadağan edən qanunu imzalayıb.

Sənəd rəsmi “Neytral Türkmənistan” qəzetində dərc olunub.

Sənədə əsasən, “Vətəndaşların sağlamlığının tütün tüstüsünün təsirindən və tütün məmulatının istehlakının nəticələrindən qorunması haqqında” qanuna dəyişiklik edilib.

Həmçinin, rəsmi Türkmənistan mətbuatı idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz vergisini 93%-dən 116%-ə qaldıran qanunu dərc edib.

Qeyd edək ki, 2022-ci ilin fevralında respublikanı tütündən azad ölkəyə çevirmək üçün 2022-2025-ci illər üçün fəaliyyət proqramı qəbul edib. Bütün nazirliklərə, sahə idarələrinə və yerli icra hakimiyyəti orqanlarına onun icrasını təmin etmək tapşırılıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri