Dek
2022
01:52
65
27
1725
Virtual karabakh

Rusiyada “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu axtarışa verilib

1 Dek, 2022
01:52
1725

Rusiyada “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu axtarışa verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hüquq-mühafizə orqanları vəkil, “Nə? Harada? Nə zaman?” televiziya klubunun oyunçusu İlya Novikovu axtarışa verib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasına əsasən məlumat yayılıb.

“11 fevral 1982-ci il təvəllüdlü Novikov İlya Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - məlumat bazasında deyilir.

O, hüquqşünas kimi ukraynalı pilot Nadejda Savçenkonun, rejissor Oleq Sentsovun müdafiəsi ilə yadda qalıb. Bundan əlavə, Novikov Aleksey Navalnının “Korrupsiyaya Qarşı Mübarizə Fondu”nun maraqlarını təmsil edib.

2002-ci ildən 2016-cı ilə qədər “Nə? Harada? Nə zaman” intellektual televiziya şousunun daimi oyunçusu olub və burada dəfələrlə mükafatlar qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri