Dek
2022
22:40
495
27
2011
Virtual karabakh

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq

1 Dek, 2022
22:40
2011

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq

Qışda Fransanın bəzi ərazilərində aşağı temperaturlara görə enerji istehlakının pik saatlarında mümkün qısamüddətli elektrik kəsilmələri ola bilər.

Bu barədə Fransanın RTE milli elektrik şəbəkəsi operatorunun rəhbəri Xavyer Pyeşazik xəbərdarlıq edib.

“Biz elektrik şəbəkələrimizdə disbalansın qarşısını almaq üçün qışda qısamüddətli (maksimum iki saatlıq), lokal, növbəli şəkildə regionlararası elektrik kəsilməsini planlaşdırırıq”, - deyə o bildirib.

Pyeşazikin sözlərinə görə, işıq verilişlərinin dayandırılması yalnız lokal xarakter daşıyacaq, ona görə də onlar bir anda bütün metropol ərazisinə təsir etməyəcək.

O qeyd edib ki, elektrik verilişinin dayandırılması zamanı Fransada bir neçə milyon insan işıqsız qalacaq.

“Maksimum on milyon insan olacaq, ancaq daha azına ümid edirik. Hamımız enerjiyə qənaət etsək, kəsilmələr xeyli azalar”, - deyə  RTE elektrik şəbəkəsinin operatorunun rəhbəri bildirib.

Mənbə: FranceInfo

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri