Dek
2022
06:46
20
184
1459
Virtual karabakh

Ukraynanın Neapoldakı konsulluğuna içində heyvan gözləri olan qanlı zərf göndərildi

3 Dek, 2022
06:46
1459

Ukraynanın Neapoldakı konsulluğuna içində heyvan gözləri olan qanlı zərf göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Vatikanda Müqəddəs Prestol yaxınlığında yerləşən səfirliyinə qarşı naməlum şəxslər tərəfindən vandalizm aktı törədilib.

Ukrayna diplomatik nümayəndəliyinin girişi, həmçinin divarları və pilləkənləri nəcislə çirkləndirilib. Eyni zamanda Ukraynanın Neapoldakı konsulluğunun qərargahına içində qanlı heyvan gözləri olan zərf göndərilib. 

Bu əməllər barədə yerli polisə məlumat verilib.

Avropa Komissiyasının (AK) nümayəndəsi Erik Mamer Brüsseldə keçirdiyi mətbuat konfransında bununla bağlı fikir bildirib. O qeyd edib ki, AK Ukraynanın xarici ölkələrdəki səfirliklərinə içində heyvan gözləri olan qanlı zərflərin göndərilməsindən məlumatsızdır. “Bizim bu hadisədən xəbərimiz yoxdur. Əgər bu təsdiqini tapsa, təbii ki, bunun qəbuledilməz olduğunu demək lazımdır”, - deyə o vurğulayıb.

Mamerin sözlərinə görə, Avropa Komissiyası Ukrayna hakimiyyət orqanları ilə daimi əlaqə saxlayır və onlar hadisə ilə bağlı məlumat vermək imkanı əldə edəcəklər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri