Dek
2022
20:24
473
19
1572
Virtual karabakh

Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilib

3 Dek, 2022
20:24
1572

Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları şənbə günü Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçiriblər.

“Bütün dünya, bütün ölkə görməlidir ki, biz (keçmiş) prezidentin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, - Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili deyib.

Bir neçə yüz nəfər əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının ofisinə doğru yürüş edib. Aksiya “Mişa sağ qalmalıdır” adlanıb. Hakim partiyanın binası yaxınlığında gücləndirilmiş polis dəstələri növbə çəkib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri