Dek
2022
22:11
17
236
2010
Virtual karabakh

Musa Qəzənfərəbadi parlamentdə həbs olunanların sayı ilə bağlı statistikanın olmadığını bildirib - FOTO

4 Dek, 2022
22:11
2010

Musa Qəzənfərəbadi parlamentdə həbs olunanların sayı ilə bağlı statistikanın olmadığını bildirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran parlamentinin məhkəmə-hüquq komissiyasının sədri Musa Qəzənfərəbadi parlamentdə həbs olunanların sayı ilə bağlı statistikanın olmadığını bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, o, bu gün, İLNA xəbər ajansına müsahibəsində etirazçıların həbsi və ya öldürülməsi ilə bağlı sosial mediada yayılan xəbərlərin “yalan” olduğunu iddia edib.

Xatırladaq ki, İranda hazırkı etirazlar başlayandan ölkə rəsmiləri həbs olunanların sayını və kimliyini rəsmən açıqlamaqdan imtina edib.

Çünki, İranda hüquq müdafiəçiləri qrupunun media orqanı olan HRANA xəbər ajansının son statistikasına görə, 26 sentyabr 3 dekabr tarixlərində azı 18 210 etirazçı həbs olunub ki, onlardan yalnız 3 537 nəfərin kimliyi müəyyən edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri