Dek
2022
22:54
120
14
987
Virtual karabakh

Tiflisdə 23-cü Beynəlxalq Film Festivalının açılışı olub

4 Dek, 2022
22:54
987

Tiflisdə 23-cü Beynəlxalq Film Festivalının açılışı olub

Bazar günü Gürcüstanın paytaxtında Tiflis Beynəlxalq Film Festivalı açılıb. Bu barədə tədbirin təşkilatçıları məlumat verib.

Açılış zamanı polşalı rejissor, Avropa Kino Akademiyasının prezidenti Aqneşka Hollandın “Qaret Cons” filmi nümayiş olunub.

Festival Amirani kinoteatrında keçirilir. Tədbir çərçivəsində həm gürcü, həm də avropalı rejissorların onlarla filmi nümayiş olunacaq və dekabrın 11-dək davam edəcək.

2022-ci ildə müsabiqə proqramında yalnız gürcü filmləri - bədii və sənədli, tam və qısametrajlı filmlər iştirak edir. Bu festivalda ilk dəfə olaraq “Oskar” mükafatına namizəd olan filmlərdən ibarət ayrıca proqram olacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri