Dek
2022
01:13
207
23
1378
Virtual karabakh

BMT-də Rusiya rəhbərliyinin tribunala cəlb edilməsinə dair qətnamə layihəsi hazırlanıb

5 Dek, 2022
01:13
1378

BMT-də Rusiya rəhbərliyinin tribunala cəlb edilməsinə dair qətnamə layihəsi hazırlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya rəhbərliyinin Ukraynadakı təcavüz cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi üçün BMT-nin Nyu-Yorkdakı baş qərargahında qətnamə layihəsi hazırlanıb.

ABŞ-ın Qlobal Cinayət Ədliyyəsi üzrə səfiri Bet Van Şaakın sözlərinə görə, indiyədək BMT-nin Ukrayna ilə bağlı bütün qətnamələri qəbul edilib.

Səfir bildirib ki, hərbi cinayətlərdə ittiham olunan rusiyalıların ekstradisiya oluna bilməyəcəyi təqdirdə onların məhkəmə prosesinin qiyabi keçirilməsi də mümkündür.

“Bu, məhdud sayda müttəhimlər, yəqin ki, ən yüksək siyasi rəhbərlik və bəlkə də bəzi yüksək səviyyəli hərbi məmurlar olacaq”, - deyə Şaak əlavə edib.

Xatırladaq ki, BMT-nin təyin etdiyi müstəntiqlər artıq Rusiyanın Ukraynanın kritik infrastrukturuna hücumlarının müharibə cinayəti olub-olmadığını araşdırır.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri