Dek
2022
17:32
27
374
2745
Virtual karabakh

Molla rejimindən azərbaycanlı futbol əfsanəsinə qarşı daha bir təzyiq - FOTO

5 Dek, 2022
17:32
2745

Molla rejimindən azərbaycanlı futbol əfsanəsinə qarşı daha bir təzyiq - FOTO

İran rejimi ərdəbilli futbol əfsanəsi Əli Daeinin restoranını və zərgərlik mağazasını möhürləyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Qeyd edək ki, bundan əvvəl Əli Daei ümummilli etirazlara dəstək olaraq mağazalarını 14-16 dekabr tarixlərində bağlayacağını açıqlamışdı.

Xatırladaq ki, oktyabrın əvvəllərində İran təhlükəsizlik xidmətləri ölkədəki etirazlara dəstək verən milli komandanın keçmiş futbolçusunun pasportunu müsadirə etmişdi. İstanbuldan Tehrana qayıdan Əli Daeiyə İran ərazisindən çıxmasının qadağan olunduğu bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri