Dek
2022
19:49
433
70
10936
Virtual karabakh

Ronaldu hələ də “Ən-Nəsr”in təklifini qəbul etməyib - YENİLƏNİB + VİDEO

5 Dek, 2022
19:49
10936

Ronaldu hələ də “Ən-Nəsr”in təklifini qəbul etməyib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriştianu Ronaldu hələ karyerasını davam etdirməklə bağlı qərar verməyib.

“Sky Sports”un məlumatına görə, “Ən-Nəsr” həqiqətən də 37 yaşlı futbolçuya ən yaxşı təklifini göndərib.

Lakin Ronaldu kluba transferini hələ başa çatdırmayıb. BBC-nin məlumatına görə, o, bütün diqqətini Portuqaliya millisinin dünya çempionatındakı çıxışına yönəldib və turnir başa çatana qədər planları ilə bağlı qərar vermək niyyətində deyil.

Qeyd edək ki, daha əvvəl “Marca” portuqaliyalının yanvarın 1-dən etibarən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna qatılacağını və dünyanın ən çox maaş alan idmançısı olacağını açıqlamışdı.

16:12

Qətərdə keçirilən dünya çempionatında iştirak edən ulduz futbolçu Kriştianu Ronaldunun yeni komandası bəlli olub.

“Mançester Yunayted”dən ayrılan portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə 2,5 illik müqavilə imzalayıb.

O, yanvarın 1-dən etibarən “Əl-Nasr”ın formasını geyinəcək. Müqavilənin dəyəri 500 milyon avrodur.

Mənbə: Marca

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri