Dek
2022
17:36
62
15
1246
Virtual karabakh

Brüsseldə mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlikdə rolu müzakirə olunur - FOTO

5 Dek, 2022
17:36
1246

Brüsseldə mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlikdə rolu müzakirə olunur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü, “New Direction” Avropa islahatlar Fondu, Avropa təhlükəsizliyi və dini azadlıq İnstitutunun birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfrans işə başlayıb.

Konfrans təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş “Bakı prosesi”ni davam etdirərək, dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına təkan vermək məqsədi daşıyır.

Avropada dözümsüzlüyün artması, dindən siyasi məqsədlər üçün sui-istifadə, ksenofobiya, antisemitizm və islamofobiya kimi günümüzün qlobal çağırışları sülh, təhlükəsizlik və sosial birliyə ciddi təhlükə yaradır. Belə çağırışlar mədəni müxtəlifliyi, dinlər və sivilizasiyalararası dialoqu və müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanı, eləcə də tolerantlığı gücləndirməyi təşviq etmək məqsədi ilə dinlər və mədəniyyətlər arasında möhkəm dialoqun qurulması üçün beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi həmişəkindən daha çox tələb olunur.

Konfransda azərbaycanlı və avropalı ekspertlər bir araya gəlməklə günümüzün belə vacib çağırışlarına birgə cavab tapmalıdırlar.

Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış ediblər.

Siyasi məsləhətçi Rober Teylorun moderatorluğu ilə keçirilən “Bugünkü dünyada dinin rolu” adlı ilk sessiyada Avropa ravvinləri konfransının prezidenti Pinças Qoldşmidt, antisemitizm, antimüsəlman və digər dini dözümsüzlük və nifrət cinayətləri üzrə xüsusi nümayəndə Daniel Holtgen, “Haider Global BVBA”nın baş direktoru Səccad Kərim, Cenevrə geostrateji rəsədxanasının baş katibinin müavini, Cenevrə Ruhani Assosiasiyasının vitse-prezidenti Ventzeslav Sabev, Belçika Yəhudi Mərkəzi Konsistoriyasının prezidenti Filip Markeviç, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ceyhun Rüstəmov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Hacıyev “Dinlərarası harmoniya davamlı inkişafın mühüm elementi kimi”, İsa Məsihin yeni Kilsəsinin Avropa İttifaqı və Beynəlxalq əlaqələr İdarəsinin direktoru Françesko Di Lillo isə “Dinlərarası dialoq sülhə necə töhfə verə bilər” mövzularında müzakirələrə moderatorluq edəcəklər.

Konfransın keçirildiyi binanın foyesində təşkil edilən sərgi konfrans iştirakçılarına multikulturalizmin, dinlərarası harmoniyanın Azərbaycan modeli ilə tanış olmaq imkanı verir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri