Dek
2022
06:00
214
20
849
Virtual karabakh

Estoniya Rusiya ilə sərhəddə 15 yeni radar quraşdıracaq

6 Dek, 2022
06:00
849

Estoniya Rusiya ilə sərhəddə 15 yeni radar quraşdıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ilə sərhədin təhlükəsizliyini yaxşılaşdırmaq üçün Estoniyada 15 yeni radar quraşdırılacaq.

Bunu İda polis prefekturasının rəhbəri Tarvo Kruup bildirib.

“Hazırda monitorinq avadanlığı Narvada Rusiya Federasiyası ilə çay sərhədinin təxminən 70%-ni əhatə edir. Bu, sərhəd zolağında baş verənlərin tam təsviri üçün kifayət deyil”, - deyə Kruup bildirib.

Onun sözlərinə görə, yaxın illərdə Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamenti sərhəd zonasında 15 yeni radar mövqeyi qurmaq, radarlardan və digər birləşmiş sistemlərdən ibarət ayrıca pilotsuz uçan aparatların aşkarlanması və zərərsizləşdirilməsi sistemi yaratmaq niyyətindədir.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri