Dek
2022
22:56
248
24
7306
Virtual karabakh

Rusiyadan Türkiyəyə uçan təyyarədən 46 sərnişin düşürüldü

5 Dek, 2022
22:56
7306

Rusiyadan Türkiyəyə uçan təyyarədən 46 sərnişin düşürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kalininqrad hava limanından Antalyaya çarter reysləri bərpa edildikdən sonra sərnişinlərin təxminən dörddə biri birinci reyslə uça bilməyib.

Bu barədə bazar ertəsi Xrabrovo hava limanının mətbuat xidmətindən məlumat verilib.

“197 nəfərdən 46-sı istisna olmaqla, hamısı bir qədər gecikmə ilə Sankt-Peterburqdan xüsusi olaraq bu çarter reysi üçün gələn təyyarə ilə yola düşüb. Lakin burada (Kalininqradda – red.) texniki nasazlıq aşkar olunub və komandir 46 sərnişini endirməyə qərar verib”, - mətbuat xidmətindən bildirilib.

Mətbuat xidməti Kalininqraddan uça bilməyən sərnişinlərin məsələni turoperatorla həll edəcəyini qeyd edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri