Dek
2022
08:52
175
33
990
Virtual karabakh

Malayziyada itlər üçün kənd salınacaq

7 Dek, 2022
08:52
990

Malayziyada itlər üçün kənd salınacaq

Malayziyanın xristianların çoxluq təşkil etdiyi Saravak əyalətindəki heyvan hüquqları qrupu itlər üçün kəndin tikintisi məqsədilə Milad xeyriyyə aksiyası təşkil edib.

Saravak Heyvanlara qarşı Qəddarlığın Qarşısının Alınması Cəmiyyətinin (SSPCA) sədri Datin Dona Druri bildirib ki, layihənin planlama və təsdiqləmə mərhələləri demək olar ki, başa çatıb. Hazırda işlər maliyyələşdirmə mərhələsindədir.

1000 kvadratmetrlik yeni obyekt SSPCA-nın 1,1 milyon dollar dəyərində ən müasir heyvanlara qulluq mərkəzi tikməyi planlaşdırdığı Sungey Tapanqdakı 0,8 hektarlıq torpaq sahəsində tikiləcək.

Donanın sözlərinə görə, son bir neçə ildə tikinti materiallarının bahalaşması assosiasiyanı çatışmayan vəsait və tikinti materiallarını əldə etmək üçün hökumətdən, eləcə də cəmiyyətdən kömək istəməyə məcbur edib.

O bildirib ki, qrup öz tərəfdarlarının səxavəti sayəsində ayaqda qalıb.

Mənbə: rossaprimavera.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri