Dek
2022
11:02
45
71
1870
Virtual karabakh

“Neftlə bağlı hazırkı durum xüsusən də Azərbaycan üçün sərfəlidir” - RUSİYADAN ŞƏRH

7 Dek, 2022
11:02
1870

“Neftlə bağlı hazırkı durum xüsusən də Azərbaycan üçün sərfəlidir” - RUSİYADAN ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda OPEC+-un hasilat kvotalarını artırmaması və ixrac üçün Rusiya neftinin tədarükünün azalması ilə əlaqədar enerji çatışmazlığının mümkün çoxalması səbəbindən neftin bahalaşması tendensiyası müşahidə olunur. Bu, iqtisadi baxımdan ixracatçı ölkələr, xüsusən də Azərbaycan üçün sərfəlidir”.

Bu barədə Rusiyanın “Neft-Qaz Sektoru Müstəqil Analitik Agentliyi”nin (“NAANS-MEDIA” MMC) baş direktoru, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının dosenti Tamara Safonova Rusiyanın tavan qiymətlə razılaşmaması və bu məhdudiyyəti tətbiq edən ölkələrə neft satmamasının Azərbaycana sərf edib-etməməsi ilə bağlı Oxu.Az-ın sualını cavablandırarkən deyib.

“NAANS-MEDIA”nın Primorsk limanında apardığı araşdırmaya görə, dost ölkələr Hindistan və Misirə çatdırılmaların payı 2022-ci ilin noyabrında ümumi ixracın cəmi 69%-ni təşkil edib. Ust-Luqa limanında Hindistan, Türkiyə və Misir kimi dost ölkələrə çatdırılmaların payı 77% təşkil edib. Novorossiysk limanında Hindistan və Türkiyəyə neft tədarükünün payı 46% təşkil edib. Neytral ölkələr də Rusiya neftini əldə etməyə maraq göstərirlər.

Bu statistika Rusiya neft şirkətlərinin neft ixracının diversifikasiyası üzrə səmərəli profilaktik işini və Rusiyadan neft yüklərinin tədarükündə qlobal dönüşdə dost ölkələrin qeyd-şərtsiz marağını nümayiş etdirir”, - deyə o qeyd edib.

O, bu yaxınlarda səfər etdiyi SOCAR-ın Türkiyədəki neft emalı zavodu ilə bağlı təəssüratını da dilə gətirib:

“Heyrətamiz təəssürat bağışladı. Bu, son beş ildə tikilmiş nadir zavodlardan biridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yüksək texnologiyalı zavod fəaliyyət göstərir.

Zavodun neft emalı gücü 10 milyon tondur, əsas xammal tədarükçüsü SOCAR-dır, lakin tədarük olunan neftin “səbət”i diversifikasiya olunub və buraya həmçinin Rusiya neft növləri – “Ural” və “Siberian Light” da daxildir.

Zavod 2018-ci ildə istifadəyə verildikdən sonra Türkiyənin daxili bazarını yüksəkkeyfiyyətli mühərrik yanacağı ilə tam təmin etməyə, neft məhsulları və maye qaz idxalını azaltmağa imkan verib”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri