Dek
2022
16:26
161
5
2422
Virtual karabakh

Azar milli karyerasını başa vurdu: “Məni əvəz edəcək futbolçu hazırdır”

7 Dek, 2022
16:26
2422

Azar milli karyerasını başa vurdu: “Məni əvəz edəcək futbolçu hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrupda qalan Belçika yığmasının əsas üzvlərindən biri - Eden Azar millidəki karyerasını başa vurub.

31 yaşlı futbolçu bu barədə öz “Instagram” səhifəsində yazıb.

Madrid “Real”ının yarımmüdafiəçisi bundan sonra milli komandada oynamayacağını açıqlayıb.

“Bu gün daha bir səhifə çevrildi... Sevginiz üçün təşəkkür edirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. 2008-ci ildən bəri paylaşdığımız bütün xoşbəxt anlara görə təşəkkür edirəm. Milli komandada karyeramı bitirmək qərarına gəldim. Məni əvəz edəcək futbolçu artıq hazırdır. Mən sizin üçün darıxacağam”, - Hazard yazıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri