Dek
2022
01:18
452
11
2396
Virtual karabakh

Finlandiya Türkiyəyə silah satacaq

9 Dek, 2022
01:18
2396

Finlandiya Türkiyəyə silah satacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiya gələcəkdə Türkiyəyə silah ixracına icazə verən bir neçə lisenziya imzalayacaq.

Bu barədə cümə axşamı Finlandiyanın müdafiə naziri Antti Kaykkönen Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşündən sonra mətbuat konfransında bildirib.

“Biz gələcəkdə silah ixracı üçün bir neçə lisenziya hazırlayacağıq, bu sahədə dialoq davam edir. Hazırda Finlandiyada Türkiyəyə silah tədarükünə dair qəti qadağa yoxdur”, - nazir bəyan edib.

Görüş zamanı nazirlər Finlandiya və İsveçin NATO-ya üzvlüyü perspektivlərini və müvafiq sənədin Türkiyə hakimiyyəti tərəfindən ratifikasiya olunması üçün Helsinki və Stokholmun yerinə yetirməli olduğu şərtləri müzakirə ediblər. Türkiyənin sənədin ratifikasiyası üçün hələ konkret bir tarix təyin etmədiyini deyən Kaykkönen “finlilərin səbirli olması lazım olduğunu” qeyd edib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri