Dek
2022
18:36
124
33
2050
Virtual karabakh

Harri və Meqanın titullarından məhrum edilmələri üçün fərman hazırlanır - FOTO

9 Dek, 2022
18:36
2050

Harri və Meqanın titullarından məhrum edilmələri üçün fərman hazırlanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya parlamentinin mühafizəkarlardan olan deputatı Bob Sili ölkənin Məxfi Şurası üçün fərman hazırlayır. Həmin sənədlə Şura Şahzadə Harri və Meqan Marklın hersoq titullarını ləğv etmək imkanı qazanır.

Bu barədə parlamentarinin özü məlumat verib.

Bildirilir ki, bu qərara Şahzadə Harri və Meqan Marklın həyatı barədə sənədli serialın ilk üç seriyasının yayımlanmasından sonra gəlinib.

“Əgər bu gənc kral ailəsinə bu qədər nifrət edirsə, niyə titullarından istifadə edir?” - deyə Bob Sili bildirib.

O, Şahzadə Harri və Meqan Marklın onlara sərf etdiyi vaxt kraliyyət titullarından istifadə etdiklərini söyləyib.

“Əminəm ki, titullardan könüllü olaraq imtina etmək onlar üçün ləyaqətli olardı. Əgər istəmirlərsə, buna kömək etmək üçün qanun layihəsini irəli sürməyə çalışan çoxlu insan var”, - deyə İcmalar Palatasının üzvü əlavə edib.

Parlamentarinin sözlərinə görə, kral ailəsində irqçiliyin geniş yayılması fikrini bir saniyə belə yaxınına buraxmır.

Xatırladaq ki, Şahzadə Harri və Meqan Markl haqqında sənədli serialın ilk üç seriyası bir gün əvvəl, dekabrın 8-də yayımlanıb. Bu hissədə cütlük kral ailəsində qaradərililərə qarşı “şüuraltı qərəz”in olduğunu deyərək, Birləşmiş Krallığı “İmperiya 2.0” adlandırıb, həmçinin ölkənin müstəmləkə keçmişinin hələ də köhnəlmədiyini deyib.

Qeyd edək ki, Harri və Meqanı titullarından məhrum etmək üçün 1917-ci il qanununa edilən düzəlişdən istifadə oluna bilər. Həmin vaxt bu düzəliş kral ailəsinin Birinci Dünya müharibəsi zamanı Almaniyanı dəstəkləyən üzvlərinə qarşı nəzərdə tutulmuşdu.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri