14 
Mar
2015
10:23
57
25
4763
Virtual karabakh

Rusiyada “Azərbaycan” xarici agent elan edildi

14 Mar, 2015
10:23
4763

Rusiyada “Azərbaycan” xarici agent elan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi qərar qəbul etdi.

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi “xarici agent” kimi qeydiyyata alınmış yeni qeyri-kommersiya təşkialtları barədə məlumat yayıb. 

Oxu.Az bu barədə nazirliyin məlumatına istinadən xəbər verir. 

““Qeyri-kommersiya təşkilatları” haqqında federal qanuna əsasən, xarici agent funksiyasını yerinə yetirən təşkilatların siyahısına “Azərbaycan” adlı Samara millətlərarası münasibətlərin birgə mövcudluğuna dəstək regional ictimai təşkilatı daxil edilib”, - məlumatda deyilir. 

“Azərbaycan”nın xarici agent funksiyasını yerinə yetirməsi Ədliyyə Nazirliyinin Samara bölgəsi üzrə idarəsinin apardığı səyyar yoxlamalar nəticəsində məlum olub. 

Qeyd edək ki, bu gün Rusiyada 47 təşkilat xarici agent kimi siyahıya salınıb. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri