19 
Dek
2022
06:58
87
178
2942
Virtual karabakh

“Avatar”in yeni hissəsi iki günə 180 milyon dollar gəlir əldə etdi

19 Dek, 2022
06:58
2942

“Avatar”in yeni hissəsi iki günə 180 milyon dollar gəlir əldə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 16-da nümayişinə başlanan “Avatar: Su Yolu” filmi beynəlxalq miqyasda 127 milyon dollar, ABŞ-da isə 53 milyon dollar gəlir əldə edib.

Ehtimal olunur ki, bir həftəlik nümayişdən sonra filmin gəliri təxminən 410 milyon dollar təşkil edəcək.

Məlumata görə, bütün xərcləri ödəmək üçün film təxminən 2 milyard dollar toplamalıdır.

Qeyd edək ki, Çində yeni koronavirus dalğası səbəbindən ölkədəki bəzi kinoteatrların bağlanması səbəbindən kassa gələri gözləniləndən aşağı olub. Halbuki, “Avatar”ın birinci hissəsi təkcə Çində 200 milyon dollar qazanıb.

Qeyd edək ki, “Avatar: Su Yolu” filmi dekabrın 15-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş etdirilir. 

Mənbə: snob.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri