29 
Dek
2022
04:55
105
31
3166
Virtual karabakh

2022-ci ilin ən gəlirli filmləri açıqlandı

29 Dek, 2022
04:55
3166

2022-ci ilin ən gəlirli filmləri açıqlandı

2022-ci ilin gəlirlilik baxımından ən uğurlu filmlərinin siyahısı açıqlanıb.

Mütləq lider 1,48 milyard dollar qazanan “Top Gun: Maverick” olub.

“Jurassic World: Domination” 1,003 milyard dollarla ikinci, “Doctor Strange: Into the Multiverse of Madness” filmi isə 955,8 milyon dollarla üçüncü olub.

“Minions: Gruvitation” 939,4 milyon dollarla dördüncü yerdədir.

“Avatar: The Way of Water” 889 milyon dollarla beşinci yerdə qərarlaşıb.

Ən çox gəlir gətirən ilk 10 layihəyə həmçinin “Black Phanter: Forever Wakanda”, “Batman”, “Thor: Love and Thunder”, “Battle of the Lake 2” və “Moonman” daxildir.

Qeyd edək ki, avqust ayında baş rolu Tom Kruzun oynadığı “Top Gun: Maverick” ABŞ-də ən çox gəlir gətirən filmlər siyahısında “Titanik”i keçib. Filminin premyerası bu il mayın sonunda baş tutub.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri