29 
Dek
2022
14:02
301
24
1166
Virtual karabakh

Ukraynada generalissimus Suvorovun heykəlini sökdülər - VİDEO

29 Dek, 2022
14:02
1166

Ukraynada generalissimus Suvorovun heykəlini sökdülər - VİDEO

Ukraynanın Odessa şəhərində çar Rusiyası ordusunun sərkərdəsi Aleksandr Suvorovun heykəlini söküblər. 

Abidənin götürülməsini əks etdirən görüntülər yerli “Telegram” kanallarında yayılıb.

Ukrayna mətbuatı yazır ki, abidə Odessa Milli İncəsənət Muzeyinə aparılacaq.

Qeyd edək ki, ötən gün Rusiya imperatriçası II Yekaterinanın Odessadakı heykəli götürülmüşdü.

Məlumat üçün əlavə edək ki, Rusiya tarixşünaslığına görə, II Yekaterina 1794-cü ildə Qara dənizdə sonradan Odessa adlandırılacaq limanın yaradılmasını əmr edib. Buna görə ənənəvi olaraq o, şəhərin qurucusu hesab olunur.

Lakin ukraynalı tarixçilər bununla razılaşmırlar. Onlar limanın əsasının qoyulduğu yerin yaxınlığında ruslardan öncə Hacıbəy qəsəbəsinin uzun müddət mövcud olduğunu vurğulayırlar.

Mənbə: Kp.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri