Yan
2023
02:35
111
57
3915
Virtual karabakh

NASA həyəcan təbili çalır: Çin Aya iddia edir

3 Yan, 2023
02:35
3915

NASA həyəcan təbili çalır: Çin Aya iddia edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson bəyan edib ki, Çin Xalq Respublikası Aya iddia edə bilər.

“Bu bir faktdır: biz kosmik yarışdayıq. Yaxşı olar ki, biz onların (Çini nəzərdə tutur - red.) elmi araşdırma adı altında Aya iddia etmələrinin qarşısını alaq. Ola bilsin ki, gələcəkdə onlar bizə “yaxınlaşmayın, biz buradayıq, bura bizim ərazimizdir” desinlər”, - NASA rəhbəri açıqlamasında bildirib.

ABŞ Kosmik Agentliyinin rəhbəri hesab edir ki, əgər Çin bu kosmik yarışda qalib gələrsə, sözügedən ssenari tam realdır.

Çin isə öz növbəsində amerikalıların kosmos yarışı ilə bağlı iddialarını təkzib edir.

Mənbə: Politico

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri