Yan
2023
00:47
32
180
5547
Virtual karabakh

Yaponiyada bir balıq 271 min dollara satıldı - FOTO

6 Yan, 2023
00:47
5547

Yaponiyada bir balıq 271 min dollara satıldı - FOTO

Yaponiyanın Tokio şəhərində bu il keçirilən ilk hərracda yüksək qiymətə tunes balığı satışa çıxarılıb.

212 kq çəkisi olan mavi tunes balığı 36,04 milyon yenə (təxminən 271 min dollar) satılıb. Bu hərracda iştirak restoran biznesi üçün prestijli hesab olunur.

Bu barədə hərracın təşkilatçıları məlumat veriblər.

Satılan lot, yəni tunes balığı, Aomorinin şimal prefekturasındakı Oma limanından gətirilib. Bildirilir ki, bu il qiymət çox aşağı olub. 2019-cu ildə bu satış üzrə mütləq rekord müəyyən edilib ki, o zaman çəkisi 278 kq olan tunes balığı 3 milyon dollardan baha satılıb.

Restoran sənayesinin nümayəndələri hesab edirlər ki, ilin ilk auksionunda əsas lotun alınması biznesin uğurla aparılmasına kömək edə bilər. Bundan əlavə, bu, ən bahalı balığı dadmaq üçün növbəyə duran müştəriləri cəlb etməyə imkan verir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri