Yan
2023
06:18
350
36
1424
Virtual karabakh

ABŞ iranlılara qarşı sanksiyalar tətbiq etdi: Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı

7 Yan, 2023
06:18
1424

ABŞ iranlılara qarşı sanksiyalar tətbiq etdi: Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaşinqton bir neçə iranlıya qarşı sanksiyalar tətbiq edib.

Onların Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli olduğu iddia edilir.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi “Qods Aviation Industries” şirkətinin altı rəhbərlik nümayəndəsi və direktorlar şurası üzvlərinə məhdudiyyətlər tətbiq edib.

Şirkət ABŞ sanksiyaları altındadır və ölkədə müdafiə məhsulları sənayesində əsas istehsalçı hesab olunur. Pilotsuz təyyarələrin hazırlanması və istehsalına cavabdehlik daşıyır.

Vaşinqton hesab edir ki, İran bu pilotsuz təyyarələri Rusiyaya tədarük edib və bu texnikadan Ukraynadakı döyüşlər zamanı istifadə edilib.

Bundan əlavə, İranın ballistik raket istahsalı proqramına nəzarəti həyata keçirən Aerokosmik Sənaye Təşkilatının direktoruna da məhdudiyyətlər qoyulub.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri