10 
Yan
2023
01:13
106
37
1146
Virtual karabakh

“Facebook” Braziliyadakı iğtişaşları dəstəkləyən paylaşımları siləcək

10 Yan, 2023
01:13
1146

“Facebook” Braziliyadakı iğtişaşları dəstəkləyən paylaşımları siləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” administrasiyası Braziliyanın eks-prezidenti Jair Bolsonarunun tərəfdarlarının təşkil etdikləri iğtişaşlara dəstək verən paylaşımları yığışdıracaq.

Bu barədə “Meta”nın sözçüsü Endi Stoun xəbər verib.

“Biz vəziyyəti izləyirik və siyasətimizi pozan yazıları silməyə davam edəcəyik”, - “Facebook”un sahibi olan şirkətin sözçüsü bildirib.

Xatırladaq ki, yanvarın 8-də Bolsonarunun tərəfdarları ölkənin paytaxtında aksiyalara başlayaraq, hökumət binalarında iğtişaşlar törədiblər. İlkin hesablamalara görə, iğtişaşlarda beş minə yaxın insan iştirak edib. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün tüstü bombalarından və gözyaşardıcı qaz qumbaralarından istifadə ediblər. 400-dən çox adam saxlanılıb. Braziliya Prezidenti Lula da Silva baş verənlərlə əlaqədar ölkə paytaxtında bir aylıq fövqəladə vəziyyət elan edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri