20 
Mar
2015
10:42
108
23
7819
Virtual karabakh

Abdullah Gülə vəzifə verildi

20 Mar, 2015
10:42
7819

Abdullah Gülə vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq Türkiyə prezidentinin keçmiş vəzifəsinə qaytarılacağı bildirilir.

Aktiv siyasətlə məşğul olmamağa qərar verən Türkiyənin 11-ci prezidenti Abdullah Gülə vəzifə verildi. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Abdullah Gül “İslam Əməkdaşlıq Təşkilatı” tərəfindən yaradılan “İslam İnkişaf Bankı” idarə heyətinin məsləhət şurasında fəliyyət göstərəcək. 

Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə olan İİB-nin Türkiyə də daxil olmaqla 56 üzvü var. 

Bankın məqsədi üzv olan ölkələrin iqtisadi inkişafına və üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək verməkdir. Ciddədə keçirilən ilk iclasda çıxış edən bank sədri Əhməd Əli məsləhət şurasının öz öhdəliklərini yerinə yetirməkdə banka yardımçı olduğunu bildirib. 

1974-cü ildə İstanbul universiteti iqtisadiyyat fakultəsindən məzun olan Abdullah Gül 8 il (1983-1991) İİB-də iqtisadiyyat mütəxəssisi kimi fəaliyyət göstərib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri